Xəbər lenti

Şəhid Pərviz Nağıyev Tovuzda dəfn olundu (FOTOLAR)
Ölkə08:36 22.05.2021

Şəhid Pərviz Nağıyev Tovuzda dəfn olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi dəfn olunub.
APA-nın yerli bürosunun məlumatına görə, şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.
Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.