Xəbər lenti

Şəhid Süleyman Süleymanov Qazaxda dəfn edilir - FOTOLAR
Ölkə08:59 03.03.2017

Şəhid Süleyman Süleymanov Qazaxda dəfn edilir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi gərginliyin artması ilə bağlı şiddətlənən atışma nəticəsində Qazax rayonunun Daş Salahlı kəndindən olan Süleymanov Süleyman Elçin oğlu şəhid olub. 

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Süleyman cəbhə xəttinin Ağdam istiqamətində şəhid olub.

Onun cənazəsi artıq Daş Salahlıda yaşayan valideynlərinə verilib. Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani şəhidin valideynlərinə və kənd camaatına Süleymanın şəhid olması barədə təfərrüatları danışıb.

Əməkdaşımız Nihat Cəbrayıl şəhidin dəfnində və hüzr məclisində iştirak edib.

Qaynar.Az