Xəbər lenti

Şəhid Xudayar haqda paylaşımına görə döyülən gənclə bağlı rəsmi açıqlama
Ölkə05:45 29.04.2021

Şəhid Xudayar haqda paylaşımına görə döyülən gənclə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə haqda ironik paylaşım edən gəncin döyülməsi ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən axşam saatlarında Bakı şəhərində vətəndaş Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülərdən məlumatlıdırlar: "Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Tvitterdə "Əhməd” adlı hesabdan "Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.
Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.