Ağstafa rayonunun Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz Xudayət Vilayət oğlu Orucovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub.
Bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhidimizin ailəsini ziyarət edib. Onun vətən, tirpağ uğrunda göstərdiyi şəxsi igidliyi və şücaətindən geniş bəhs olunub, əziz xatirəsi ehtiramla anılıb.
4 sentyabr 1987-ci ildə anadan olan Xudayət Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 44 günlük Vətən müharibəsinə qatılıb. 4 noyabr 2020-ci il tarixində Laçının azadlığı uğrunda gedən amansız döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Xudayət, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda” və "Laçının azadlığı uğrunda” medalları ilə təltif olunub.