Xəbər lenti

Şəhidimiz belə dəfn olundu - VİDEO
Ölkə19:50 15.01.2017

Şəhidimiz belə dəfn olundu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni silahlı qüvvələrinə qarşı cavab tədbirləri görülərkən şəhid olan hərbçi Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunub. Mərasimdə rayon ictimaiyyəti ilə yanaşı hərbçilər də iştirak ediblər. Şəhid hərbçi medalla da təltif olunub.

Qaynarinfo.Az xəbər verir ki, Dağlıq Qarabağda erməni silahlı qüvvələrinə qarşı cavab tədbirləri görülərkən şəhid olan hərbçi Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və hərbçilər iştirak ediblər. Bildirilib ki, müddətdən artıq hərbi qulluqçu olan 37 yaşlı Fikrət Bəşirov hər zaman mərdliyi və cəsurluğu ilə seçilib və düşmənin atəşinə cavab verilərkən qəhrəmancasına şəhid olub.

Şəhid Fikrət Bəşirov yayılım atəşlərinin müşayiəti ilə son mənzilə yola salınıb. 5 gün əvvəl onun qız övladı dünyaya gəlib. Şəhid Fikrət Bəşirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Qaynarinfo.Az