Xəbər lenti

Şəhidimiz Bərdədə dəfn edildi
Ölkə13:39 07.04.2016

Şəhidimiz Bərdədə dəfn edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Goranboy istiqamətində gedən döyüşlər zamanı öz şərəfli peşəsini yerinə yetirərkən düşmən gülləsinə tuş gələn Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət keçən əsgəri dəfn olunub. 

"Report"un məlumatına görə, 27 yaşlı Səbuhi Musayev bu gün böyük izdihamın müşaiyəti ilə Bərdə rayonunun Buəhmətli kənd qəbiristanlığında torpağa tapşırılıb. Kütlə öz şəhidini "Şəhidlər ölməz, Vətən bölünməz şüarı" ilə son mənzilə uğurlayıb.

Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bərdə rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülmüş dövlət bayrağı əbədi xatirə kimi atasına verilib.

Qaynar.info