Masallıda şəhid dəfn edilib. Anspress-in məlumatına görə, Azərbaycan Milli Ordusunun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Dəfn mərasimində yaylım atəşi açılıb. F. Bağırzadənin tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.
Qaynar.info




