Xəbər lenti

"Şəhidimizi Unutma" adlı tələbə yardım kampaniyasına start verildi
Ölkə18:56 30.09.2019

"Şəhidimizi Unutma" adlı tələbə yardım kampaniyasına start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 28-də  Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi "Şəhidimizi Unutma" adlı tələbə yardım kampaniyasına start verilib.
Məqsəd tələbələrdə vətənpərvərlik hisslərini aşılamaq, şəhid olmuş Azərbaycanın qəhrəman oğullarının ailələri ilə tanış olmaq və onlara müxtəlif növ yardımlar göstərməkdir. İlk səfər Aprel şəhidi Müşfiq Orucovun evinə olub. Müşfiq Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Ailənin tək oğul övladı olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinə ən yüksək balla - 700 bal toplayaraq daxil olmuşdu. Müşfiq Orucov özüdə əslən Zəngilandan olan qaçqın ailəsinin övladıdır və onlar  Zig yolu 15., Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının mədəniyyət binasında məskunlaşıblar. Görüşdə 30-dan çox BDU tələbəsi iştirak edib. Qeyd edək ki, BDU THİK sədri Nihad Allahyarlı və layihə kordinatoru Nərmin Cavadzadə görüşdə iştirak edib. Layihə ayda bir neçə dəfə şəhid ailələrinin evlərinə səfərlər təşkil olunmaqla 2019/2020-ci tədris ilinin sonuna kimi davam edəcək.