Xəbər lenti

Şəhid Elvin Mustafayev dəfn edildi (FOTO/YENİLƏNİB)
Ölkə08:39 04.06.2021

Şəhid Elvin Mustafayev dəfn edildi (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi torpağa tapşırılıb.
"Report"un məlumatına görə, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayev dəfn edilib.
Allah rəhmət eləsin!
 10:07
Vətən müharibəsində şəhid olan və nəşi ailəsinə təhvil verilən hərbçi Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü şəhid hərbçinin nəşi doğulduğu Gəncə şəhərinə gətirilib.
Səkkiz aydır itkin hesab edilən şəhidin vida mərasimində hərbçilər, şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.
O, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.