Cəbəhənin Füzuli istiqamətində şəhid olan Azərbaycan ordusunun giziri Nicat Bəhruz oğlu İsgəndərovun ailəsi tədqirəlaiyiq addım atıb.
Qaynar.info xəbər verir ki, şahidin ailəsi yas mərasimindən toplanmış vəsaiti Tərtər hərbi hospitalına bağışlayıb.
Qeyd edək ki, Cəbəhənin Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuş şəhid Nicat İsgəndərov aprelin 3-də Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib.
Qaynar.info



