Xəbər lenti

Şəhidin dəfni üçün pul yığımı iddiası
Ölkə10:40 16.06.2016

Şəhidin dəfni üçün pul yığımı iddiası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 17-də qoşunların təmas xəttində qarşı tərəflə atışmada şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namik oğlu mayın 18-də Lerikin Almı kəndində torpağa tapşırıldı. 18 yaşlı şəhidin dəfn mərasimində Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, eyni zamanda rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak etdi.
Şəhidin dəfni ilə bağlı bu gün redaksiyamıza bəzi məlumatlar daxil olub. Məlumatda bildirilir ki, torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidin dəfni və yas mərasimi üçün çəkilmiş xərcləri Lerik rayon İcra Hakimiyyəti idarə və müəssisə rəhbərlərindən toplayıb. Hətta bu işə icra başçısının birinci müavini Cəlil Baxşiyevin rəhbərlik etdiyi deyilir. İddialara görə, birinci müavin özü idarə və müəssisə rəhbərlərinə pul toplamağı tapşırıb.
Məlumatla bağlı qarşı tərəfindən mövqeyini öyrəndik. Cəlil Baxşıyev Qaynarinfo.az-a açıqlamasında deyilənləri cəfəngiyyat adlandırdı: "Belə bir hadisə olmayıb, ola da bilməz. Bu bizim üçün təhqirdir. Şəhidin dəfn və yas mərasiminə xərclənən bütün vasaiti İcra Hakimiyyəti ödəyib.
Qaynarinfo.az