Xəbər lenti

Şəhid mayor dəfn edildi (FOTO/YENİLƏNİB)
Ölkə08:33 31.05.2019

Şəhid mayor dəfn edildi (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.
Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
10.30
Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib. 
Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.