
"Mən hər hansı bir aidiyyatı qurum tərəfindən şəhidin dəfn mərasimində çəkiliş aparılmasına icazə verilməməsi ilə bağlı göstərişin olmasına inanmıram. Əgər belə bir göstəriş varsa da, bunun qanunsuz olduğunu hesab edirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Aslan İsmayılov deyib. Vəkil məsələ ilə bağlı araşdırma aparacağını da vurğulayıb:
"Bunun hüququ tərəfi yoxdur. Bu ancaq mənəvi-əxlaqı olan bir şeydir. Əgər hüquqi tərəfi olsaydı, bununla bağlı qərar olardı. Belə bir qərar yoxdur".

Aslan İsmayıov təklif edib ki, əgər belə bir göstəriş olsa da, müvafiq strukturlar şəhidlərin dəfn mərasimindən çəkiliş aparıb, müharibə bitəndən sonra onların valideynlərinə təhvil verməlidir.
Qeyd edək ki, sosial şəbəkədə Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinın məsul şəxsi tərəfindən şəhid əkiz qardaşlar İman və Bəhrəm Elman oğlunun dəfnində şəhidin əmisinə qarşı kobudluq edildiyi bildirilib. İzləyicilər şəhidin əmisini dəfndən çəkiliş etməyə icazə verilmədiyini qeyd edib.
Xəzər rayon İcra Hakimiyyəti isə şəhidlərin dəfn mərasimindən çəkilişlərin aparılmaması ilə bağlı aidiyyatı qurumlardan hamıya xəbərdarlıq edildiyini qeyd edib.
Bahar Rüstəmli