Xəbər lenti

Şəhidlərin medalları atalarına verildi - FOTOLAR
Ölkə13:20 14.05.2016

Şəhidlərin medalları atalarına verildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə şəhərinin mərkəzi meydanında keçirilən tədbirdə “aprel döyüşləri”ndə qəhrəmancasına şəhid olmuş çavuş Səbuhi Rəfayil oğlu Musayev və baş leytenant Ziya Niyazi oğlu Həsənovun təltif olunduğu medullar onların ailə üzvlərinə verilib.
Modern.az saytının məlumatına görə, Səbuhi Musayev “İgidliyə görə”, Ziya Həsənov isə “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.
Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik  Abdulla Qurbani, şəhidlərin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyəti, Qarabağ müharibəsi veteranları və şəhidlərin doğmaları iştirak ediblər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev acıb. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri cıxış edərək 1-5 aprel tarixlərində düşmən təxribatına cavab verən Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun cəbhədə qazandığı qələbələrdən, döyüş əzmkarlığından danışıb. Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşmən işğalından azad edilməsini və Milli Ordumuzun mövqelərinin möhkəmləndirilməsini xüsusi qeyd edib. 
Bildirib ki, bu döyüşlərdə Bərdə rayonun iki oğlu – baş leytenant Həsənov Ziya Niyazi oğlu və çavuş Musayev Səbuhi Rəfayil oğlu şəhid olublar. 
“Bu gün bütün bərdəlilər, bütün Azərbaycan xalqı öz şəhid oğulları ilə qürur duyur”. 
Sonra Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani çıxış edərək döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səbuhi və Ziyadan, onun döyüş dostlarından danışıb. Onları azad edilən yüksəkliklərin bayraqdarları, igid qartallar adlandırıb.
Şəhid çavuş Səbuhi Musayevin ölümündən sonra layiq görüldüyü “İgidliyə görə” medalı atası Rəfayil Musayevə, şəhid baş leytenant Ziya Həsənovun ölümündən sonra layiq görüldüyü “Hərbi qulluqda fərqlənməyə görə” medalı atası Niyazi Həsənova təqdim edilib.
Şəhid valideynləri Niyazi Həsənov və Rəfayil Musayev çıxış edərək, “Vətən sağ olsun”, - deyiblər.
Qaynarinfo.az