Xəbər lenti

Səhiyyə naziri: “Bu il Azərbaycanda 18 nəfərə qaraciyər köçürülüb”
Ölkə14:12 30.12.2016

Səhiyyə naziri: “Bu il Azərbaycanda 18 nəfərə qaraciyər köçürülüb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər, 63 nəfərə böyrək köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb".

Bunu səhiyyə naziri Oqtay Şirəliyev qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, 42 sümük iliyi transplantasiyası icra edilib: “İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq, əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa, artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir”.(Report)

Qaynarinfo.Az