Xəbər lenti

Səhiyyə Nazirliyi: Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib
Ölkə19:30 03.07.2018

Səhiyyə Nazirliyi: Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.
"Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, - Nazirliyin məlumatında deyilir.