Xəbər lenti

Səhiyyə Nazirliyindən peyvənd açıqlaması
Ölkə11:11 20.10.2021

Səhiyyə Nazirliyindən peyvənd açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunması tövsiyə olunur”.
Qaynarinfo xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, peyvəndin vaxtında vurdurulması daha məqəsədəuyğundur:
"Əgər kimsə COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa onun immun sistemi daha da güclənir".