Xəbər lenti

Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA
Ölkə07:49 02.11.2017

Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun tutulması üçün keçirilən əməliyyat zamanı yaralanan şəxslər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
"Qaynarinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, 1988-ci il təvəllüdlü Anar Əsgərov sol qolun bazu nahiyyəsindən güllə yarası alıb və qolu sınıb.
Bildirilib ki, xəstəyə bütün zəruri tədbirlər edilir. 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmarın isə yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, gecə saatlarında Qarabağ rayonunda atışma baş verib. Keçirilən xüsusi əməliyyat zamanı Etibar Məmmədov və bir qrup şəxs hüquq-mühafizə orqanının əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə E. Məmmədov aldığı güllə yarasından ölüb.
Qaynarinfo.Az