Xəbər lenti

Səhiyyə Nazirliyindən son iki ana ölümünə rəsmi münasibət
Ölkə09:46 14.07.2014

Səhiyyə Nazirliyindən son iki ana ölümünə rəsmi münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyi Azərbaycanın Hacıqabul və Qazax rayonlarında baş verən ana ölümü faktlarına rəsmi münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Hacıqabulda 1990-cı il təvəllüdlü Əzizova Əsmər abortdan sonra dünyasını dəyişib.
 
Onun sözlərinə görə, 3-cü abortu olan xəstənin vəziyyəti abortdan 5 gün sonra pisləşib.
 
Ə. Əzizova xəstəxanaya kritik ağır vəziyyətdə gətirilib. Bakıdan rayona uroloq və reanimotoloq ibarət mütəxəssislər göndərilib. Lakin onu xilas etmək mümkün olmayıb.
 
Qazax rayonunda isə 1994-cü il təvəllüdlü Bayramova Şəhla (20 yaşlı) doğuş zamanı ölüb. Onun birinci doğuşu olub. Doğuşdan sonra otanik qanaxma baş verib.
 
A. Qədirli qeyd edib ki, hazırda hər iki cəsəd təşrih edilib.
 
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən araşdırma aparılır. Bu da araşdırmanın maksimal obyektiv aparılmasına imkan verir.

ANN.Az