Xəbər lenti

Səhiyyə Nazirliyinin bu hüququ ləğv olundu
Ölkə19:32 11.05.2018

Səhiyyə Nazirliyinin bu hüququ ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 
Qaynarinfo xəbər verir ki, fərmana əsasən iyulun 1-dən Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək.
Xatırladaq ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.