Xəbər lenti

Şəhla Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olundu
Ölkə17:49 28.11.2019

Şəhla Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılıb.
İclasda tanınmış vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.
Faktı Vəkillər Kollegiyasından təsdiqləyiblər. Bildirilib ki, Ş. Hümbətova barəsində Vəkillər Kollegiyasına şikayət daxil olub. Şikayət araşdırılıb və Ş. Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı qərar qəbul olunaraq məhkəməyə müraciət olunub.
Eyni zamanda o da qeyd olunub ki, Ş. Hümbətova 6 aylıq üzvlük haqqını da ödəməyib.