
Dekabr ayının 12-si səhər saat 10 radələrində Zaqatala-Balakən yolunda 2 maşının toqquşması nəticəsində güclü qəza baş vermişdir. Qəza nəticəsində ölən və yaralanan yoxdur. Sakinlərin dediyinə görə təqsirkar VAZ 2106 markalı 62-BX-326 dövlət nişanlı avtomobilin sahibidir.
O, Zaqatala rayonu istiqamətində hərəkət etmək istəyərkən yola baxmadan çıxıb. Və nəticədə qəzaya səbəb olub. Hadisə ilə əlaqədar Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.
Tural Mahmudov
Qaynarinfo.Az