Xəbər lenti

Şəhriyarın büstü yerinə qaytarıldı
Ölkə09:41 18.10.2013

Şəhriyarın büstü yerinə qaytarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın büstü əvvəlki yerinə qaytarılıb

 
APA-nın “Öyrənci səsi”nə istinadən məlumatına görə, bu da yerli əhalinin etirazları sayəsində mümkün olub.
 
Bir müddət əvvəl Urmiya Şəhər Bələdiyyəsi M.Şəhriyarın büstünü şairin adına olan parkın girişindən götürüb. Azərbaycanlılar buna etiraz olaraq bələdiyyəyə müraciət ediblər. Onlara Şəhriyarın büstünün yerində İran-İraq müharibəsi zamanı həlak olmuş vətəndaşların xatirəsinə abidə ucaldılacağı bildirilib. Bundan sonra yerli əhali arasında imzatoplama kampaniyası keçirilib və Urmiya Şəhər Bələdiyyəsinin sədrindən Şəhriyarın büstünün əvvəlki yerinə qaytarılması tələb edilib.


Qaynar.info