
O günü dostumla aramızda qəribə söhbət oldu. Deyirəm, “yaza bilmirəm”, nə cavab versə yaxşıdır?
- Yəqin tükənmisən!
Arxasınca da ləzzətli bir gülüş. Bu yazını dostuma cavab kimi qəbul etməyinizi istərdim.
Bir dəfə gənc şairlərdən ən kövrək qəlbli olanı, mənə roman yazmaq istədiyini dedi. Aramızda belə bir dialoq oldu:
-Necə ailədə böyümüsən?
-Belə, ortabab, pis dolanmamışıq.
- Atan içirdi?
- Düşəndə, məclisdən-məclisə…
- Evinizdə dava-dalaş olub?
- Yox əşi, bizimkilər mehriban dolanıblar
- Dostlarından türməyə düşən olub?
- Yox, ay qardaş, mənim əlləm-qəlləm adamlarla işim olmaz!
- Sevdiyin qız başqasına ərə gedib?
- Başıma elə iş gəlməyib…
- Bəs onda niyə roman yazırsan?
Buəhvalatı niyəmi danışdım? Çünki mən də dünyanın bütün istedadlıadamları kimi ədəbiyyatın, musiqinin bütövlükdə sənətin mahiyyətindəyaşantı dayandığına iman gətirmişəm.
İndidostum, mənə “tükənmisən”,- deyəndə yadıma indiyədək yaşadığım həyat,başıma gələn əhvalatlar düşdü. Bu boyda həngamələr yaşayan, xatirələriolan insan, yaddaşının əzabından xilas ola bilməyən yazıçı necə tükənəbilər ki? Baş verənləri necə unuda bilər? Rəhmətlik Nüsrət Kəsəmənlidemiş: “Unutsam, nələri unudam gərək”...
Adınıxatırlamağa ərindiyim yazıçılardan biri deyib ki, “yaxşı tanıdığımız həradam bir romandır”. Kimləri tanımadım bu illər ərzində, kimlərlə dostolmadım, kimlərin iç üzünü görmədim?
***
İqbalhəkim rayon bazarına gedən yolda, sağ cərgədəki xudmani evlərin birindəyaşayırdı. Təcili yardımda çalışan doktor çox qaraqabaq adam idi.Başını aşağı salıb, gecə növbəsinə gedir, birdə səhər, qancıq tayadandüşməmiş evinə qayıdırdı. Rayonda çox az adamla salam-kəlamı var idi.Danışıb-görüşdükləri bizim gənclik illərimizin od-alov çocuqları idi.Beyin maşınlarından “zadni” proqramını çıxarmışdılar. Hamısı pərən-pərəndüşdü yazıqların; türməyə düşən kim, Rusiyada öldürülən kim, ölkədənqaçan kim...
Doktorun görüşdüyü, evinə dəvət etdiyi cavanlardan biri mənə danışırdı:
-Dədəmingoru haqqı, İqbal əminin evinə gedirəm, bir də görürsən problem olur,kiminləsə söhbətim düşmüş olur. Gedirəm, bir saat danışıram, deyirəm,mənə qarşı səhv edib, onu çağırıb danlayacam, çaşsa vuracam, əclafdır,alçaqdır, nə bilim nə...qulaq asır, asır, asır... Axırda bircə kəlmədeyir:
- Səhvi özündə axtar!
İllərsonra mən bu cümləni tez-tez xatırlayası oldum.. Bakıya təzəköçdüyümüz vaxtlarda özümdən yaşca böyük bir xanım yazara vurulmuşdum.Qız məni sevmirdi. Tamam başqa dünyaların adamlarıydıq. Ancaq mən onalazım idim. Ədəbi mühitin ən enerjili cavanı tərəfindən sevilmək hərqıza nəsib olmurdu axı? Tez-tez gözdən itən, telefonunu söndürüb aradançıxan, bu qızı adamların yadından çıxmağa qoymayan Mövlud ona sərfeləyirdi. Mənimlə çox qəribə münasibət saxlayırdı: nə çox yaxınaburaxırdı, nə də, tamam uzaq tuturdu.
Mənimonu sevməyim yazar “dostlar”ın sevimli mövzusuna çevrilmişdi. Yazı yazabilən adam olduğumdan gələcəkdə nələrsə qaralaya biləcəyimdən duyuqdüşən “mələk cildinə girmiş şeytanlar” məni depressiyaya salıb təkqoymaq istədiklərindən qızın mənə olan küçücük ilgisini beləqısqanırdılar. Yazar xanım üzümə xoş baxan kimi üstünə düşüb orda-burdatülkü-tülkü danışırdılar:
-Mövludu sevirsən haa, deyəsən, əməlli münasibətiniz var, ehtiyatlı ol, birdən səni qaçırdar. Ha-ha-ha...
Birgün o, belə xəbis hücumların birində özündən bir söz uydurmalı olmuşdu.Yalandan demişdi ki, guya mənim anam ona zəng edib, xahiş edib ki,“oğluma xoş üz göstər, səninlə küsülü olanda tifil balam yemək yemir,dərsini oxumur, bir otağa çəkilib eləcə ağlayır, ağlayır, ağlayır...”
Busöhbət mənə çatanda evə getdim, anamla əməlli-başlı qırğına çıxdım. Arvadın ölüsünü-dirisini çölə tökdüm. Anamsa elə hey ağlayır, and içibaman eləyirdi ki, o qızla arasında elə söhbət olmayıb.
Ovaxtlar həmin yazar xanım Yazıçılar Birliyinə, Anara qarşı müxalifyazılar yazırdı. Bir dəfə AYB-də çalışan dostlardan biri məni yanınaçağırıb dedi:
- Bura bax, gəl YazıçılarBirliyinə üzv ol, səni Moskvaya - Ədəbiyyat İnstitutuna göndərək. Lazımolsa, mən Anar müəllimdən xahiş edərəm.
Pah, daş atıbbaşımı tutdum. Dedim ki, bu mümkün deyil. Mən birliyə üzv yazılsam, bəs oyazar xanım mənə nə deyər? Yazıq dostum acı-acı güldü. Gücü ancaq “birvaxt özün hər şeyi anlayacaqsan, onda da gec olacaq”,- deməyə çatdı.
Doğrudanda, mən hər şeyi anlayanda artıq gec idi. Həmin dinsiz, postmodernistyazara bir dindar, namazının vaxtını keçirməyən oğlana ərə getdi. İndiAvropada yaşayırlar, şad-xürrəm...
Mən isəillər sonra yalvar-yaxarla, birtəhər AYB-yə üzv oldum. Moskvayagöndərmək əvəzinə bir illik yazıçı təqaüdü verib başımı qatdılar.
Hərdəfə o qıza, o zamanlar oturub durduğum, ətəyini pir bildiyim adamlaraəsəbiləşmək istəyəndə, yadıma İqbal doktorun məşhur xəbərdarlığı düşür:
-Səhvi özündə axtar!
Əzizdost, indi özün de: səncə, mən tükənə bilərəmmi? Bir halda ki,“yaşadıqlarımı yazıb bitirməyə ömrüm çatmaz”, - deyə əndişələnirəmhərdən...