Xəbər lenti

Səidə Sultanın prodüserini öldürənlər tutuldu - VİDEO
Ölkə05:00 09.05.2015

Səidə Sultanın prodüserini öldürənlər tutuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə qətl törədilib. 28 yaşlı Cahangirov Hamlet Elxan oğlu çoxsaylı bıçaq xəsrətlərilə qətlə yetirilib.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı polis bölməsi və rayon prokurorluğuna məlumat verilib. 
26-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub.
Cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib.
Qətlin təfərrüatları barədə hələlik açıqlama verilməyib.
Məlumata görə, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.//ANS
Qaynar.info