
Bu ilin yanvar-iyul aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 42,9 faiz, təzə meyvə – 10,4 faiz, kartof – 4,5 faiz, polietilen – 18,2 faiz, qara metallardan borular – 4,3 dəfə, pambıq ipliyi – 50,3 faiz artıb.
Şəkər ixracı isə 49,2 faiz, bitki yağları – 64,3 faiz, çay – 68,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 91,4 faiz, emal olunmamış alüminium – 15,2 faiz azalıb.
2016-cı ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 662,1 milyon dollara bərabər olub. İxracın ümumi dəyərinin 14,4 faizini təşkil edib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 45,2 faiz artıb.(publika.az)
Qaynarinfo.Az