Xəbər lenti

Şəkidə 63 yaşlı kişi sükan arxasında öldü
Ölkə17:00 10.01.2019

Şəkidə 63 yaşlı kişi sükan arxasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəki rayonunda 63 yaşlı kişi sükan arxasında ölüb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Məmməd Ramiz oğlu Hacıbabayev özünə məxsus minik avtomobili ilə şəhərin S.Rəhman küçəsində hərəkətdə olarkən qəfildən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir qapıya dəyərək dayanıb.
Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri tərəfindən M.Hacıbabayevin öldüyü müəyyən olunub. Onun ürək tutmasından keçindiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.