Xəbər lenti

Şəkidə ayı ovlayan 7 nəfər saxlanıldı - VİDEO
Ölkə19:50 31.10.2016

Şəkidə ayı ovlayan 7 nəfər saxlanıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

29 oktyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balakən-Zaqatala-Qax-Şəki inzibati rayonlarını əhatə edən 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.

Nazirliyin əməkdaşları siqnal əsasında operativ reyd həyata keçiriblər. Reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural" markalı "AQS 95-85" dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib.

İlkin araşdırmalar zamanı ov edən şəxslərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. 

Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.(arb)

Qaynarinfo.Az