Xəbər lenti

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son durumu
Ölkə09:30 16.07.2019

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son durumu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
"1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır”- deyə nazirlikdən bildirilib.