
Şəki rayonunda baş verən yol qəzasında üç nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki-Qax yolunda “VAZ- 2106” markalı, 90 BM 316 nişan dövlət nömrəli minik avtomobili ilə “Ford” markalı 99 BN 396 nişan dövlət nömrəli yük maşını toqquşub.
Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə yaralı vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.