Xəbər lenti

Şəkidə mikroavtobus aşdı: 7 yaralı
Ölkə14:10 27.05.2015

Şəkidə mikroavtobus aşdı: 7 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Şəkidə ağır yol qəzası baş verib. Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, Bərdə-Şəki marşrutu ilə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində mikroavtobusun içərisindəki sərnişinlərdən bir neçə nəfər yaralanıb. İlkin ehtimala görə, yaralıların sayı 7 nəfərdir.
Müxtəlif bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.
Hadisənin hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info