Xəbər lenti

Şəkidə mikroavtobus paltarı qapı arasında qalan qadını sürüdü
Ölkə18:12 07.02.2019

Şəkidə mikroavtobus paltarı qapı arasında qalan qadını sürüdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəki rayonunda mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb. 
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Zinyət Hünbət qızı Həsənova şəhər ərazisində marşut xətti ilə hərəkət edən mikroavtobusdan düşən zaman paltarı qapının arasında qalıb. Bundan xəbərsiz olan sürücü mikroavtobusu hərəkət etdirib və qadını xeyli məsafədə sürüyüb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Həsənova Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.