Xəbər lenti

Şəkidə sürücünü cərəyan vurub öldürdü
Ölkə05:35 29.08.2013

Şəkidə sürücünü cərəyan vurub öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəkidə sürücünü elektrik cərəyanı vurub. “Kanal S” xəbər verir ki, bədbəxt hadisə rayonun Daşüz kəndində qeydə alınıb. Kənddəki tikinti sahəsinin birinə mişar daşı gətirən 90 JV 899 nömrəli HOVO SİNE TURK yük avtomobilinin sürücüsü elektrik vurması nəticəsində həlak olub.

Şahidlərin sözlərinə görə, sürücü yükü boşaltmaq üçün kuzovunu qaldırarkən, avtomobil yüksək gərginlikli elektrik xəttinə toxunub. Bundan xəbərsiz halda avtomobildən düşmək istəyən sürücünü elektrik cərəyanı vurub. Sürücü hadisə yerindəcə keçinib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma aparılır. Həlak olanın kimliyi müəyyənləşdirilir.


ANS PRESS