Xəbər lenti

Şəkidə toyda kütləvi zəhərlənmə
Ölkə13:20 27.08.2019

Şəkidə toyda kütləvi zəhərlənmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkidə toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda "yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və "pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.