Xəbər lenti

Şəkidən ata oğlu ilə bağlı Prezidentə müraciət etdi
Ölkə09:22 13.01.2020

Şəkidən ata oğlu ilə bağlı Prezidentə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəki rayon Cəyirli kənd sakini Məmmədov Mərdaməd Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və  Ali Məkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
Qaynarinfo-ya daxil olan müraciətdə  M.Məmmədov hazırda həbsdə olan oğlunun işi ilə bağlı ölkə rəhbərliyindən kömək istəyir.
Həmin müraciəti təqdim edirik:
"Hörmətli cənab Prezident!
Mən Məmmədov Mərdaməd Məhəmməd oğlu hazırda Ali Məhkəmədə işinə baxılan Məmmədov Rəcəb Mərdaməd oğlunun atasıyam. Oğluma qarşı haqsız formada cinayət işi istintaqı aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsində qərəzli formada qərar qəbul edilib və Bakı Apellyasiya Məhkəməsi işlə yetərincə tanış olmadan bu qərarı qüvvəsində saxlayıb. Belə ki, o, ailə məişət münaqişəsi zəmnində xəsarət yetirdiyi həyat yoldaşı ilə sonradan barışıb. Əməlindən utandığı üçün polisə də özü gedib əməlini söyləmişdi. Günahkar olduğunu danmayıb və cəzasını da çəkib. İndi artıq aralarında heç bir problem qalmasa da bir ildən çoxdu həbsdədi. Oğlumun himayəsində iki azyaşlı övlad, xərçəng xəstəsi anası, ahıl yaşlı atası var, ailənin yeganə gəlir gətirən nümayəndəsi  odur. Onun ilk məhkumluğu və hadisədən peşman olaraq polisə könüllü getməsi, saxlanıldığı bir ildən çox müddətdə heç bir qanun pozuntusuna yol verməməsi, müsbət xarakteristikası məhkəmə tərəfindən nəzərə alınmır. Eyni zamanda ölkə başçısının dövlətimizin humanizm siyasətinin məhkəmə-hüquq sisteminə də tətbiq edilməsinin vacibliyini dəfələrlə vurğulamasına baxmayaraq Məmmədov Rəcəb həbsdə saxlanılır. Məhz bu səbəblərdən oğlum quru ölüm aclığı da edib. Bu da bizi çıxılmaz vəziyyətə salıb. Ümidimizi ölkə rəhbərliyinə bağladığımız üçün ondan səbrli olmasını və quru ölüm aclığını dayandırmasını istəmişik. Biz dövlətimizə və onun rəhbərliyinə, cənab prezident Sizə çox inanırıq.
Hörmətli cənab Prezident!
Siz hər zaman bildirmisiniz ki, barışıq olan zaman və qanun imkan verdiyi halda humanist qərarlara üstünlük verilməlidir. Sizdən xahiş edirəm, övladımın azadlığa çıxması istiqamətində humanist qərarın qəbul olunması üçün 15 yanvar tarixində baş tutacaq Ali məhkəmin prosesində bizə yardım edəsiniz.
Dövləti qarşısında məsuliyyətini anlayan vətəndaş kimi ümidimiz yalnız Sizin humanist siyasətinizədir."