Xəbər lenti

Səkkiz aydır həbsdə idi, bəraət aldı
Ölkə08:06 03.02.2024

Səkkiz aydır həbsdə idi, bəraət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi Rayon Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsə bəraət verib.
Məhkəmənin çıxardığı hökmlə Niyaz Şərifova Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə bəraət verilib və o, məhkəmə zalındaca həbsdən azad edilib.
Məhkəmə N.Şərifovun vəkili Nəriman Əliyevin təqdim etdiyi vəsatətləri təmin edib və sübutlar yenidən dəyərləndirilib. Nəticədə N.Şərifovun cinayət törətməsinə dəlalət edən hər hansı faktın olmadığı müəyyənləşib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü N.Şərifov ötən ilin 8 iyun tarixindən həbsdə saxlanılırdı. Qanunvericiliyə əsasən onun həbsdə saxlanıldığı müddət üçün təzminat davası açmaq hüququ var.//qafqazinfo.az