Xəbər lenti

Sel Lənkəran-Lerik yolunda problemlər yaratdı - FOTO
Ölkə15:51 16.04.2016

Sel Lənkəran-Lerik yolunda problemlər yaratdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Lerik rayonu ərazisində yağan güclü leysan nəticəsində Lənkəran-Lerik yolunun bir neçə istiqamətində nəqliyyatın hərəkətinə maneələr yaranıb.

Dağlardan və yarğanlardan axan sel suları özü ilə birlikdə odun parçaları və palçıq qatı gətirərək yolda maneələrin ortaya çıxmasına səbəb olub. Ən son məlumata görə, çaylarda sululuq maksimum dərəcədə artıb.

Çay kənarında salınan istirahət mərkəzlərinə ciddi ziyan dəydiyi bildirilir. Sel suları bir neçə taxtadan olan katecləri (istirahət evini) qarşısına alaraq dağıdıb.

Rayon Fovqəladə hallar komissiyasının sədri Habil Məlikov Vizəzəmin, Çinqədulan, Züvüc, Əliabad, Nüvədi, Noda və daha bir neçə kəndlərdə yol infrastrukturuna, körpülərə və fərdi təsərrüfatlara ziyan dəydiyini təsdiqləyib. O, mal-qara arasında da tələfatın olduğunu bildirib. (report.az)

Qaynar.info