Xəbər lenti

Selçuk Bayraktarın qazimizlə səmimi söhbəti (FOTO/VİDEO)
Ölkə19:12 13.07.2021

Selçuk Bayraktarın qazimizlə səmimi söhbəti (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, "Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuk Bayraktar  Türkiyədə müalicə alan azərbaycanlı qazilərlə görüşüb.
"Baykar Savunma” şirkətinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Səlcuk Bayraktar Qarabağ müharibəsində xidmət etmiş personal üçün hazırlanan xatirə markalarını Azərbaycan qazilərinə təqdim edib.
Markanın üzərində Türkiyə və Azərbaycan bayraqları qarşısında "TB2” PUA-sı olan foto əks olunub.
<iframe width="640" height="350" src="https://www.youtube.com/embed/kIseZBuiqZ0" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
"Qafqazinfo” xəbər verir ki, Bayraktarın qazi Elnur Babayevlə dialoqu diqqət çəkib. O, E.Babayevin oğluna hədiyyə bağışlayıb və Türkiyədən salam göndərib. 
Qeyd edək ki, Astara Gömrük Postunun İnspektoru olan Elnur Babayev 2020-ci ilin oktyabrında Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıb.