Elkin XəlilovBu gün saytlarda maraqlı bir xəbərlərastlaşdım: "Rəsmi şənliklərdə Kosa obrazını canlandıran şəxsprezidentdən kömək istədi". Duruxdum. Axı necə ola bilər? Prezidentlədeyib-gülən bir adam media vasitəsilə niyə ondan kömək istəsin ki? Məgərproblemi yerindəcə onun özünə deyə bilməzdimi? Axı televizordan kosaylaprezidentin münasibəti çox səmimi görsənir...
Doğrusu,belə başa düşdüm ki, demək, hər şey mavi ekranda görsədildiyi kimideyilmiş. Mavi ekranlar xəbərləri "çeşidləyib" verirlərmiş. Nəsə, bu"çeçid" məsələsini bir kənara qoyub, keçək əsl mətləbə...
RəsmiNovruz şənliklərində Kosa obrazını canlandıran aktyor Qafar Novruzludeyir ki, Mədəniyyət Nazirliyi onu diqqətdən kənar qoyub. Adam narazıdırvə şikayət edir: "2009-2010-cu illərdə məni dövlət tədbirlərindənkənarlaşdırdılar. Sizin tələbinizlə 2011-ci ildə haqq yerini tapdı vəməni dövlət tədbirinə dəvət etdilər. Sənətimə görə yüksək adlar vədiverildi. Amma təəssüflər olsun ki, bu vədlərə əməl etməyib məni bu il dəNovruz şənliyindən uzaqlaşdırdılar. 2011-ci ildə Siz mənim 2 iltədbirdə iştirak etməməyimin səbəbini soruşduqda efir mədəniyyətininəzərə alıb Sizə düzgün cavab verə bilmədim. Mən əminəm ki, dövləttədbirlərində 15 illik fəaliyyətim dövründə heç bir kobud səhvə yolverməmişəm. Məni düşündürən Mədəniyyət Nazirliyinin biganəliyidir.Əminəm ki, müraciəti diqqətlə araşdırıb məsələyə aydınlıqgətirəcəksiniz".
Tam səmimi yazacam. Buşikayəti oxuyanda sevindim. Gözlərimdə gizli bir gülüş yarandı. Dərindənnəfəs alıb, bir neçə dəfə yazını yenidən oxudum. Mən şəxsi faciəyəsevinən adam deyiləm. Ancaq öz mənafeyini güdən adamlara qarşı bu belədeyil...
Yəqin ki, kosanın hər Novruzbayramında prezidentlə dialoqunu yaxşı xatırlayırsınız. Hələ bu kosanınneçə il saxtakarlıq edərək prezidentlə yumurta döyüşündə uduzmasını dabilməmiş deyilsiniz. Hətta bu məğlubiyyəti fəxrlə etiraf etməsini də...
Birinsanın öz məğlubiyyətini fəxrlə etiraf etməsi suni və qeyri-səmimidir,lap belə kosa olsa da. Çünki buna görə, insan bəzi hisslərindən imtinaetməlidir. Ancaq kosa məharətlə bunun öhdəsindən gəlir. Hələ ölkədəkiədalətdən, sürətli iqtisadi artımdan, həyat səviyyəsinin artmasındandanışmasını demirəm...
Yenə kosanın kiçikşikayətinə diqqət çəkmək istəyirəm. Bu adam yenə öz mənafeyini güdür.Ümumi narazılıq etmir, bunun davası ona veriləcək fəxri adlar üçündür.İsrarla ona vəd olunan fəxri adların indiyədək niyə verilmədiyinisoruşması da bu iddiadan irəli gəlir. Ancaq kosa cəmiyyətinproblemlərini dilinə gətirmir, çünki o cəmiyyətin kosası deyil. Halbukiöz "dərdi"ni ictimailəşdirir, mətbuatda haray-həşir qaldırır.
Birşeyi də unutmaq lazım deyil. Tarix öz ədalətli qanununu hər zamanverir, onda kosa kosa, keçəl keçəl olduğunu görür. Lap keçmişdən beləsaray klonları həyatlarının sonlarını acınacaqlı keçirməklə ölürmüşlər.Onlar qocalana yaxın şah tərəfindən küçəyə atılırmış. Çünki qoca klonuntəxəyyülü güldürmək qabliyyətində olmur. Bizim kosa isə bu tarixigerçəkliklə barışmır, barışmaq istəmir. O qəbul etmək istəmir ki, artıqqocalıb və heç kimə gərək deyil...