Xəbər lenti

Səlim Müslümov 50 nəfəri işdən çıxartdı
Ölkə07:25 25.10.2013

Səlim Müslümov 50 nəfəri işdən çıxartdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərli və başqa 50-yə yaxın əməkdaşın yeni nazir Səlim Müslümov tərəfindən işdən azad edildiyi haqda redaksiyamıza məlumat daxil olub. 

Bu məsələni dəqiqləşdirmək üçün Hafta.az saytı E.Kələntərlinin özü ilə əlaqə saxlayıb. O, açıqlamasında xəbəri təkzib etməyib: “Bu barədə mətbuat xidməti ilə əlaqə saxlayın”.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov isə belə bir məlumatın olmadığını deyib: “Elnur Kələntərli hazırda işdədi. Səlim Müslümov nazir təyin olunandan sonra da heç kim işdən azad edilməyib”.

Qaynar.info