"Prezidentin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə artım pensiyaçıların 94 faizinə şamil olunacaq".
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
O bildirib ki, 1 yanvar 2018-ci il tarixinə ölkədə 1.318.432 pensiyaçı qeydə alınıb.
Nazirin sözlərinə görə, fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq.