Xəbər lenti

Səlim Müslümov: “Bu proseslər davam edəcək”
Ölkə09:22 30.11.2013

Səlim Müslümov: “Bu proseslər davam edəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb saytında maşın və mənzil növbəsində dayanan vətəndaşların siyahısı yayımlanacaq". 

Anspress-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. O deyib ki, artıq bu məsələ ilə bağlı tapşırıq verilib.

"Bundan sonra növbəti addımlarda ünvanlı sosial yardımların təyin olunması prosesinin avtomatlaşdırılması sisteminə keçəcəyik. İlk növbədə yerlərdə bu təyinatlar ortadan qaldırılacaq. İnsanların müraciətləri yalnız poçt qutuları vasitəsi ilə həyata keçiriləcək. Yəni yerlərdə bu məsələ ilə bağlı hər hansı bir manipulyasiya etmək imkanları olmayacaq. Bütün bu istiqamətlərdə çox qısa müddətdə şəffaf sistemin yaradılmasının şahidi olacaqsınız. Bu proseslər davam edəcək" - deyə nazir vurğulayıb.

Qaynar.info