Xəbər lenti

Səmimiyyət çatışmazlığı
Ölkə14:02 22.05.2013

Səmimiyyət çatışmazlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sona Yaqubova

Bir gün bizdə kütləvi ölüm hadisəsi baş versə,bilin ki, bu nə quş, nə donuz qripindən, nə şaxtadan, nə günvurmadan başverib. Belə şeylər bizə vız gələr. Axı “biz dözümlü xalqıq”. Bu qırğınolsa-olsa səmimiyyət çatışmazlığından olacaq. Özümüzdən başqa hər cürola bilirik. Gücənmədən, çəkinmədən!

Heçdüşünmüsünüzmü, cəmiyyətin bu qədər inkişafdan qalması, bütünsahələrdəki uğursuzluq, bu qədər aqressiya, üz-gözümüzdən yağan stress,kin, nifrin, paxıllıq - ümumiyyətlə, ruh halımızın bu gündə olmasınınbaşlıca səbəbi qeyri-səmimi həyat tərzi keçirməyimizdəndir?!

CemYılmazın sözü olmasın, əlimi son zamanlar yanında xəcalətli olduğumvicdanımın üstünə qoyub rahatlıqla deyirəm: “Mən “səmimiyyət” konusundabizim qədər istedadlı xalq tanımıram!”

Ozünüzdeyin, bizdən başqa harda ailələr evində uşağından gizlədib bağlıdasaxladığı konfet-şokaladı, meyvəni, yalnız evə qonaq gələndən-gələnəstolun üstünə yığır, onları da qapıdan çıxmamış yenidən yığışdırıbgizlədir?!

Sonra da utanmaz-utanmaz çıxıb qışqırırıq ki, biz qonaqpərvər xalqıq.

İnkaretməyin ki, çoxunuz evinizdə alverçilərdən nisyə götürdüyünüz ucuzqab-qacaqlar işlədirsiz, 20-30 illik cehiz servizləriniz eviniz boyuqəbir kimi uzanan “stenka” mebellerinizdən yalnız tozu alınandan–alınana çölə çıxır.

Bizdən başqa harda gücüçatdı-çatmadı toyqabağı hər iki tərəf bütün ev-eşiyi “kapitalnı” təmiretdirir, bəy beli sınana qədər borcun altına girir, mütləq gəlinə birdənə də olsa “təkqaş” üzük alır?! Toydan da sonra uzun müddət borcqaytarmaqla məşğul olur? Və təbii ki, borcların bütün gərginliyi yenievlilərin münasibətindən yan keçmir.

Hansıxalqın müəlliməsi əri bazarda meyvə satdığı, özü 180 manat maaş aldığıhalda ayı 100 manata kreditlə 2 minlik şuba götürər və hər səhər işəbasa-basdan partdayan marşrutla gedər?!

Adamında evinə şadlıq xəbəri, toy dəvətnaməsi gələndə ürəyi ağrıyar?Tanış-biliş, qohum-qardaşın şad gününü təbrik etmək üçün stressə girər,qolundan qopanla, gücü çatan məbləğdə pulla və ya adi bir hədiyyəylədeyil, əyin-başından, uşağının boğazından kəsib, çox vaxt da borc edibtoya azı 50 manat pul yazdırar?!

Hələ 5-6 yüz manatlıq telefonla hər kəsə əli əsə-əsə  “vızıv atan” gənclərimizi demirəm.

Sizcədə bütün bu bədbəxçiliklərin səbəbkarı özümüz deyilmiyik?! Niyəsətolerant ola bilmirik. Bizim kimi düşünməyən, bizim kimi geyinməyən,bizim kimi yaşamayan hər kəsi qınayırıq, itələyirik, aşağılayırıq. Heçkəsi olduğu kimi qəbul edə bilmirik. Bu isə təbii ki, adamlarda kompleksyaradır. Elə burdan da dışlanmış əsl kimliyimizi bir kənara vızıldadıb,ətrafımızın bizi görmək istədiyi kimi olmağa başlayırıq. Nəticədə beləbədbəxt bir toplum çıxır meydana. Sanki bütün xalq əl-ələ veribbir-birini bu yolla məhv etməkçün birləşib.

Bütünbu sayıqlamalarımı bir kənara qoyub bircə bu sualı verin özünüzə:kimsiniz, amma kimi oynayırsınız, haradasız, amma harada olmaqistəyirsiniz?

Elə ilk olaraq məndən başlayaq.

Qısadesəm, mən özüməm. Ən azından özümü oynayıram. Amma özümü qazanmaq üçündoğmalarım daxil çox adam və çox şey itirmişəm. Harada olduğumagəlincə, nə istədiyim, nə də istəmədiyim yerdəyəm.

Sonvaxtlar xeyli götür-qoy edib tamamilə rahat olacağım, ürəkdən istədiyimbir işin qulpundan tutmaq istədim. Günü gündən çiçəklənən şəhərimizdəkitab-kafe açmaq qərarına gəldim. Təbii ki, başlanğıc üçün hərtərəflidəstəyə ehtiyacım vardı. Buna görə kredit götürmək üçün üz tutduğumbankların hamısından əlim ətəyimdən uzun qayıtdım. Bir neçə səlahiyyətliadamdan, xüsusən də xanımlardan kömək istədim. Bəzisi “Kitab gəlirlisahə deyil, get, telefon, geyim, kosmetika mağazası aç, qaz vur, qazandoldur, yeri gəlsə yer üçün də şərait yaradarıq” kimi dəyərliməsləhətləriylə yola saldı. Qapısını döydüyüm bəziləri isə heç fikrimitamamlamağa imkan vermədi. Üzümə dikilən şübhəli nəzərlərin qarşısındaözümü dünyanın ən axmaq, ən avara adamı kimi hiss etdim. Əlqərəz,adamların kitabdan qorxduğunu anlayıb bu sevdadan vaz keçdim.

Növbəti saçmalığım mütəvazi bir yerdə lokanta açmaq istəyim oldu.

Canlımusiqi, sadə yeməklər, şərab və s. Bir sözlə sıcaq ortamlı birlokanta... Bunun üçünsə mənə maddi dəstəkdən daha çox türkün məsəli,“bir kişi lazım idi”. Bir yerdə işləmək üçün üz tutduğum dost-tanışlarımüzünü yana tutdu.

Həvəskar musiqiqrupumuzdakılar da bu işə razılıq vermədilər. Onları yaxşı başadüşürdüm. Mən yekəlikdə problem nələrinə gərəkdi?! Buna görə onlardaninciməsəm də bu cür arzu saçmalıqlarımı da kəsdim.

Dolanışıqüçün yanıma tələbə qızlar kirayə götürdüm. Bu qızların düşüncələriylə,həyata baxışlarıyla tanış olanda sadəcə dəhşətə gəldim.

Bir dəfə, biri dedi:

- Mən Teomana qulaq asıram. Amma özümü daha çox Üzeyirin mahnılarında tapıram.

Deməli,bu qız Üzeyir janrında adamdı. Sadəcə nə vaxtsa ona “çuşka” deyərəkbayağılıqda suçlayıblar. Buna görə də olduğu kimi davranmağa qorxur vəözünü heç cür sevəmmədiyi Teomanı dinləməyə zorlayır.

Başqabir kiraçı qız, ağzını açıb bir kəlimə danışanda utandığından 10 dəfəqızarırdı... Bu çəkingən, kompleksli, universitetdən uşaqlarla yığışıbbir yerə istirahətə getməyə evdən icazəsi olmayan qız bircə dəfəyalvar-yapışla ailəsindən razılıq ala bilmiş, amma atasının da yanıncagetməsi şərtiylə... Məni isə təəccübləndirən bu qızın oxuduğufakultəydi: “Beynəlxalq münasibətlər!”

Bir dəfə dözəmməyib bu ixtisası niyə seçdiyini soruşdum.

Dedi:

-Biz çox kasıb olduğumuz üçün kənddə atama həmişə üstdən aşağı baxıblar.İmtahanlarda yüksək bal toplamışdım. İstədiyim fakultəni seçə bilərdim.Maraqlanıb öyrəndim ki, ən samballısı budur. Mən də buna getdim. Birvaxt “üstdən aşağı” baxanlar indi qibtə edir atama...

Əslində isə riyaziyyat müəlliməsi olmaq istəyirmiş.

Müsaidənizlə keçim bu yazını qələmə almaq üçün mənə “stimul” verən bir dostuma.

Gözəlqələmi olan şair dostum kəndisi vəkildir. Bütün günü ortalıqda narahat,gərgin, deyinə-deyinə gəzən dostumun gecələr yazdığı sevgi, çiçək,böcək dolu şeirlərdən fərqli olaraq gündüzləri məhkəmə zallarındacinayətkar müvəkkillərinin müdafiəsiylə keçir. Bunu nəzərə alsaq zəhərtuluğu olmasına təəccüblənmərik. O günü adətim üzrə sənətinə nifrət edəndostumdan içində hansı səntin fatihəsini verdiyini soruşdum.

Cavabı belə oldu:

- Ya baytar, ya da bağban olmaq istəyərdim.

Təbiiki, adamı başa düşməkdə çətinlik çəkmirəm. Bir bağbanların,baytarların, bir də vəkillərin yaşayış səviyyəsinə, cəmiyyətdəkinüfuzuna baxıb fikirləşirəm: yerində olsaydım fərqlimi davranardım?!

... Əlbəttə susuram. Çünki vaxtında susmadığım yerlərdə zaman məni ən azı övladımın yanında üzüqara çıxarıb.

Uzaq durun, yaxın keçmişdə yaşadığım daha bir hadisəylə “şikayətnamə”mi yekunlaşdırım.

Kifayətqədər yüksək əməkhaqqı aldığım bir şirkətdə baş mühasibimiz yaşlı birxanımdı. Bir müddət işlədikdən sonra şəxsən mənə qarşı zərrə qədəryanlışı olmayan müdirimizin digər işçilərə qarşı əxlaqsız, şərəfsizəməllərinin şahidi oldum. Ailəmin yalnız bu işlə keçinməsinə baxmayaraqərizəmi yazıb çıxdım. Çıxarkən uzun illərdir işləyən mühasibdən belə biryerdə necə işləyə bildiyini, bu qədər haqsızlığa, vicdansızlığa necəgöz yumduğunu soruşdum.

Cavabı ənənəvi oldu.

- Bala, bir tikə çörəyin qurumsağıyıq. İki uşaq böyüdürəm, ərim işləmir.

Dedim:

- Məni bağışlayın, ama bunun adı qurumsaqlıq yox q...likdir!!!

Xanım əlini arxamca yelləyib, “hələ uşaqsan” dedi.

Bu uşaqlıqdırsa heç böyüməməyi arzu edirəm. Özüm daxil hər kəsə...

Bəlkə, o “qurumsaqlıqla” böyüdülən uşaqlardır cəmiyyətin bu gündə olmasının səbəbkarları?!

Kult.az