Xəbər lenti

Şəmkir korpusunun generalı yoxlamalardan danışdı
Ölkə12:26 10.06.2014

Şəmkir korpusunun generalı yoxlamalardan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş komandan əvəzi, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsi komandirinin müavini, general-mayor Altay Mehdiyev sözügedən korpusda yoxlamalar aparılması və istefaya göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

General-mayor A.Mehdiyev Publika.az-a açıqlamasında deyib ki, hazırda o Şəmkir Ordu Birləşməsi komandirinin müavini vəzifəsini icra edir: “Heç yerə getməmişəm, hazırda Rövşən Əkbərovun müaviniyəm. Şəmkir korpusunda da heç bir yoxlama aparılmır. Hər şey tam qaydasında gedir. Yuxarıdan gəlib baxıb gedirlər. Bu, yoxlama deyil. Sadəcə bizə köməklik göstərirlər”. 

Xatırladaq ki, AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda (Red: Şəmkir Ordu Birləşməsi) gözlənilmədən yoxlamalara başlanılıb. 

Nazirliyin Baş İnspeksiyası tərəfindən aparılan yoxlamalar, qoşun növünün bütün istiqamətləri – maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir.

Qaynar.info