Xəbər lenti

Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarətləri aldı
Ölkə05:25 04.01.2020

Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarətləri aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Əsədov Natiq Bayram oğlu bədəninin müxtəlif hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.
Məlumata görə, hadisə evdə qazı yandıran zaman baş verib.