
Bu gecə saat 03:20-də Şəmkirdə 28 yaşlı gənc öldürülüb.
Şəmkir rayon Prokurorluğunun baş müstəntiqi Şahin Şükürovun ANS PRESS-ə verdiyi məlumata görə, məlumatt daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı məlum olub ki,qətlə yetirilən 1986-cı il təvəllüdlü Firuz Zamanovdur. Onun meyitinin üzərində bir neçə bıçaq zərbələri olub.
İlkin araşdırmalar zamanı qətlin kim tərəfindən törədilməsi müəyyənləşib. İstintaq sirri üçün hələlik qatilin adı açıqlanmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info