Xəbər lenti

Şəmkirdə ağır qəza: ölənlər və yaralananlar var
Ölkə04:55 30.10.2019

Şəmkirdə ağır qəza: ölənlər və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə baş vermiş yol qəzası nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, avtoqəza nəticəsində 1988-ci il təvəllüdlü Babayev Ramil Dilqəm oğlu və 1988-ci il təvəllüdlü Qurabov Babək Osmayl oğlu dünyasını dəyişib.
1993-cü il təvəllüdlü Allahverdiyev Səbuhi Tacəddin oğlu, 1996-cı il təvəllüdlü Qurbanov Rövşən Orxan oğlu, Vəliyev Rövşən Sübhan oğlu, 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Vüsal Mais oğlu isə xəsarət alıb.
Qeyd edək ki, Bakı-Qazax yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 21099" maraklı avtomobil toqquşub.