Xəbər lenti

Şəmkirdə avtomobil aşıb, xəsarət alan var
Ölkə20:20 01.06.2016

Şəmkirdə avtomobil aşıb, xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobildə olan sərnişin Şəmkir rayon sakini, 35 yaşlı Ceyhun Allahverdiyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Qaynarinfo.az