Xəbər lenti

Şəmkirdə daha bir hadisə: Dostlardan biri öldü, digəri isə...
Ölkə18:42 10.01.2019

Şəmkirdə daha bir hadisə: Dostlardan biri öldü, digəri isə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə iki nəfər körpüdən yıxılıb. 
"Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu dostu, 1980-ci il təvəllüdlü Rəsulov Ramin ilə kəndə gedərkən avtomobili saxlayıblar.
Qaranlıqda yolun kənarında piyada gəzən hər iki şəxs körpüdən yıxılıb. Ramin Mehdixanov hadisə yerində ölüb. Dostu isə bədən xəsarətləri ilə Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb. Məlumata görə, iki dost Göygöl rayonunun Balçılı kəndində olan toy mərasimindən qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.