Xəbər lenti

Şəmkirdə dəhşət: 4 nəfər suni göldə boğuldu (ADLAR/YENİLƏNİB)
Ölkə19:54 01.07.2018

Şəmkirdə dəhşət: 4 nəfər suni göldə boğuldu (ADLAR/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, süni göldə boğulanlar Tağlyev Adil Valeh oğlu, Əhmədova Məhəbbət Kazım qızı, Qayıbov Afiq Həsən oğlu (1987-ci il təvəllüdlü) və  Əliyeva Zeynəb Ədalət qızıdır (1988-ci il təvəllüdlü). 
İlkin məlumatlara görə, süni göldə paltar yuyan qadınlardan biri suya düşüb. Digərləri ona kömək etmək istəyərkən boğularaq ölüblər.
 
***22.25
Böran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. 
Qaynarinfo-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
APA-nın qərb bürosunun xəbərinə görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.